adalet.az header logo
  • Bakı 16°C
18 Mart 2020 18:00
11084
HADİSƏ
A- A+

Lənkəranda 3 ədəd mina tapıldı

2020-ci il 18 Mart tarixində saat 09:59-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Adalet.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-57 minası və 2 ədəd tank əleyhinə TM-62M minası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar -18 mart 2020-ci il tarixlərində 72 siqnal (əməliyyat çağırışı) əsasında 65 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 186 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 13 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 37 935 kv.m ərazi yerüstü və 4 181 kv.m ərazi yeraltı yoxlanılıb.