adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Mart 2020 17:45
7683
HADİSƏ
A- A+

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddətini uzadıb.

Adalet.az-ın məlumatına görə, G.Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki həbs cəzaları da nəzərə alınmaqla, onun cəza müddəti 2015-ci ilin avqustundan hesablanacaq.

Gülnarə Kərimova təxminən 174 milyon dollar məbləğində vəsaiti dövlət büdcəsindən mənimsəməkdə təqsirli bilinib.