adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Mart 2020 17:35
6517
HADİSƏ
A- A+

Mağazadan oğurluq edən şəxs saxlanıldı

Nərimanov rayonu ərazisində oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2900 manat oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2000 manat, 1700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da aşkarlanıb.