adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2020 16:54
9746
GÜNDƏM
A- A+

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanında həyata keçirilməsi planlaşdırılır.

Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "Facebook” səhifəsində bildirilib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.