adalet.az header logo
  • Bakı 17°C
18 Mart 2020 16:36
17205
DÜNYA
A- A+

Rusiyada koronavirusa yoluxanların sayı artdı

Rusiyada koronavirusa yoluxanların sayı 147 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, son sutka ərzində ölkədə 33 nəfər virusa yoluxub.

Qeyd olunur ki, yoluxanların hamısı epidemiyanın mövcud olduğu ölkələrə gedib-gələn şəxslərdir.

Yoluxanlar həkim nəzarətinə götürülüb, hazırda onların təmasda olduğu şəxslər müəyyənləşdirilir.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 203 min, ölənlərin sayı isə 8200 nəfər təşkil edir.