adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Mart 2020 15:32
16584
DÜNYA
A- A+

Rusiya daha üç ölkəyə uçuşları məhdudlaşdırır

Rusiya koronavirus təhlükəsi ilə əlaqədar olaraq Böyük Britaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə uçuşları məhdudlaşdırır.

Adalet.az-ın məlumatına görə, qərar martın 20-dən qüvvəyə minəcək.

Məhdudiyyət Rusiya ərazisindən bu istiqmətlərə şamil olunacaq. Yalnız Şeremetyevo hava limanından London, Nyu-York və Əbu Dabiyə uçuşlar həyata keçiriləcək.

Rusiya bundan əvvəl Çin, İran, Cənubi Koreya, İtaliya, Almaniya və Fransaya uçuşları məhdudlaşdırmışdı.

Qeyd edək ki, bu günədək Rusiyada 114 nəfər koronavirusa yoluxub.