adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2020 15:25
8927
GÜNDƏM
A- A+

3000-dən artıq taksi dezinfeksiya edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə göstəriş verib.

Bu barədə Adalet.az-a açıqlamasında Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, əksepidemik işlərin geniş formada aparılması ilə bağlı 20-dən artıq taksi şirkətinə tapşırıq verilib:

"Tapşırıqlara əsasən, Bakıda taksi kimi fəaliyyət göstərən 3 mindən artıq nəqliyyat vasitəsinin mütəmadi olaraq dezinfeksiyası təmin edilib. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdirilir".