adalet.az header logo
  • Bakı 16°C
30 Mart 2020 07:10
64974
ŞOU-BİZNES
A- A+

Yerli şou - biznes və “koronavirus” kabusu...

Koronavirus epidemiyası durmadan yayılmaqda, insanların həyatını təhdid etməkdədir. Qorxulu olan budur ki, hər cür maddi imkanla təmin olmuş insanlar bu xəstəliyin cənginə düşüblərsə, demək, olanlar yaxın gələcək üçün yaxşı heç nə vəd etmir.

Adalet.az xəbər verir ki, məşhur Hollivud aktyou Tom Henks və həyat yoldaşı Rita Uilson,

Kristofer Hivyu, İdris Elba, Ledi Qaqa artıq qarantindədirlər.

Koronavirus kabusu davam edir. Məşhur türk müğənnisi Mustafa Sandalın koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb. Deyilənə görə, Mustafa Sandal da koronavirusla bağlı karantinə alınıb. Amma o, bu iddiaları şiddətlə təkzib edir:

"Mən hamı kimi evdəyəm. Biraz əvvəl uşaqları yatızdırdım. Çalışıram. Belə bir şey yoxdur", - deyə Mustafa Sandal sosial media hesabında açıqlama verib.

Bəs bizimkilər neyniyir?

Tanınmış meyxanaçı Aqşin Fateh yeni fotosu ilə diqqət çəkib. O, instaqramda müğənni Vəfa Şərifova və digər dostları ilə foto paylaşaraq "Azərbaycanda son foto. Koronovirusdan qaçanlar...Son reys" şərhini yazıb.



Sənətçilərin konsertə getdiyi güman edilib. Onlar meyxanaçıya ehtiyyatlı olmağı tövsiyyə ediblər.

Şairə, aparıcı Nazilə Səfərli də maraqlı paylaşımı ilə diqqət çəkib. Şairə instaqram hesabında xəstələndiyini bəyann edib. Belə ki, o, post paylaşaraq: "Boğazım gəlib. Qorxudan öskürmürəm ki, tutub aparacaqlar. Nə azzara düşmüşük..." şərhini yazıb.



Xalq artisti Flora Kərimova da bir sayta açıqlamasında vurğulayıb ki,onu Allah qoruyur, özünü qorumağa ehtiyac yoxdu:”Sözün düzü, özüm xüsusi bir tədbir görmürəm, ancaq qızım Yaqut məni qoruyur. O, çox tədbirlidir. Evdən bayıra çıxmıram, gəl-get azdır, demək olar ki, yox dərəcəsindədir. Hərəmiz öz işimizdəyik, qonaqlıqdan filan keçib. Səhhətim pis deyil. Bircə bu havalar məni nigaran qoyur, çünki bir az isti olsa, virus azalar. Ancaq limon yemək lazımdır. Hər çörək yeyəndən sonra limon yeyilməlidir. Çoxlu su içmək lazımdır. Amma nə istəyirsiz edin, gərək Allah qorusun. Allah qorumasa heç nə… Hamımız onun ümidindəyik, o da bizdən üz döndərib. İnsan həm də psixoloji olaraq qorunmalıdır. Heç nədən qorxmasan, koronavirus sənə nə edəcək?”.

Nəisəki, məşhurlarımızı da, xalqımızı da Allah qorusun!

Əntiqə Rəşid