adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Xınayaxdı imza günləri - Emin Piri yazır

Emin Piri
70761 | 2020-03-19 09:25

Koronavirusa görəkütləvi tədbirlər qadağan edilib. Bilmirəm, bu məsələnin kitab təqdimatlarına,imza günlərinə nə qədər aidiyyatı var. Çünki 90% halda bu imza günləri kütləvideyil, çayxana dostlarının bir masa ətrafına toplaşıb domino oynamasına bənzəyir.

Xınayaxdı, sünnəttoyu, yoxsa kitab təqdimatı?! Tam olaraq nəyə bənzədiyi, anlamının nə olduğunu söyləməkdəçətinlik çəkirəm.

Bu gün Azərbaycanreallığında baş tutan imza günləri, kitab təqdimatları xeyir-şər işlərinə dahaçox bənzəyir.

Toylarıxatırladan, toya pul yazdırmağın əvəzini çıxmaq kimi görünən imza günlərinə yazıçılarınbu cür yanaşması təəssüfləndiricidir.

"O mənim kitab təqdimatımagəlmişdi, gərək, mütləq mən də gedim”, " "Filankəs imza günümdə məni tərifləmişdi,mən də tərifləyim”, "kitabım haqqında xoş sözlər demişdi, nə olsun, kitabınıoxumamışam, mən də tərifləməliyəm, kişinin yanında borclu qala bilmərəm. Sonraüzünə baxa bilmərəm, adama nə deyərlər” kimi fikirlərlə gedilən, keçirilənkitab təqdimatları nəyəsə, kimlərəsə xidmət edir. Amma o nəyinsə, kimlərinsə dəqiqədəbiyyat olmadığının fərqindəyəm.

Əslində oxucuqıtlığı yaşandığı, kitab bazarının öldüyü zamanda yazarların bir-birininoxucusuna çevrilməsi, ən azından getməklə həmin müəllifə dəstək olmaq istəyibaşa düşülən, bəlkə də vacibdir. Amma bu dəstəyi bayağılığa çevirmək sonradanAzərbaycan ədəbiyyatına daha böyük travma vurur.

Bəli, budurkitabın vağzalısı çalındı,tamada bəh-bəhlə təqdim etdi, müəllifin mənəvi atası,mənəvi anası, kimlərsə irəli gedib mənəvi arvadınına söz verəcək. Pafosluçıxışlar, adamı təngə gətirən uzun-uzadı xatirələr. Hərdən adama elə gəlir ki,bu təqdimatlarda kitabın kirvəsi çatışmır.

Bizdə kitab təqdimatlarınınikinci hissəsi daha çox ədəbiyyata xidmət edir, çünki insanlar heç olmasa içəndəbir qədər səmimi olur...

Azərbaycanyazıçısı az qala bütün oxucularını tanıyır, kimlərsə bütün oxucularıyla bir məclisdəyeyib-içib, kimisə oxucusunun bəlkə də qaynanasının ad gününə kimi bilir. Eləbu, oxucu arsenalının nə qədər kiçik olduğunu göstərir.

Zatən 5-10 oxusuolan bir yazarın çiyinlərinə bütün problemləri yükləmək istəməzdim. Bu, təkonun yox, həm də cəmiyyətin problemidir. Amma kitaba, imza günlərinə toy, adgünü kimi yanaşdıqca, daha şit, daha çox bayağılaşmanın şahidi olacağıq.

Sovet dövrükitab sahəsini nə qədər inkişaf etdirsə də, həmin həcmdə də düşüncəyə böyük zərbəvurdu. Hər kəsin içində, hər oxucunundüşüncələrində "mənim də kitabım çıxıb” kimi arzuyla özünü göstərmək,kimsədən geri qalmadığını nümayiş etdirmək istəyi yatır. Sovet ənənəsinin gətirdiyikitab təqdimatları, pafoslu sözlər, bədii mətnə, həmin kitaba aidiyyatı olmayansöhbətlər və.s. cəmiyyətdə mənfi örnəkdir. Kitabı çıxan, imza günü olan həryazara eyni yanaşılması, eyniləşdirilməsi Azərbaycan oxusunun itirilməsi,yazara olan hörməti heçə endirir. Düzdü, burada siyasi təsirlər də böyük roloynayır. Amma həmin zərbəni vuranların əsasını ədəbi mühitdə duranlar təşkiledir. Ciddi və qeyri-ciddi hər yazar haqqında eyni sözlərin deyilməsi,yazılması sonda düşüdüyümüz bu durumu yaratdı.

Bir yazarixtisası, iş yeri kimi "şairəm” deyirsə artıq hansı faciənin içində olduğumuzusöyləməyə ehtiyac yoxdur.

"Azərbaycandaciddi yazıçı, istedadlı şair yoxdur, ona görə də dünya ədəbiyyatı oxuyuram” deyənoxucuyla, "Azərbaycan oxucusunun düşüncəsi geri qalıb” deyən yazar arasında eləciddi fərq yoxdur. Hər biri özünün mənəvi uğursuzluğunu bir-birinin üzərinəatmağa çalışan və yaxud özünü hər kəsdən yuxarı göstərməyə çalışan məxluqlardır.

Azərbaycanşairini bəyənməyib dünya ədəbiyyatından ağız dolusu danışanların da sonradanserial xarakterli ədəbiyyat azarkeşi olduğu və yaxud bəyənmədiyi yerliyazarlardan iki, üç qat zəif yazarların oxucusu olduğu ortaya çıxır.

Müşahidəetmisinizsə bizdə çox vaxt kitab maarifçiliyi ilə məşğul olanlar, özünü cəmiyyətinziyalısı kimi göstərməyə çalışanlar kitabdan çox özünün reklamı ilə məşğuldur.Özünə ziyalı, tərəqqipərvər, maarifçi imzası geyindirmək üçün dəridən qabıqdançıxır. Şou-biznes aləmində müğənnilərin öz xarici maşınlarını reklam etməsikimi, xaricdən gətirdiyi kitab haqqında günlərlə paylaşımlar edir, o kitabı necəəldə etdiyi haqqında müsahibələr verir, o kitabı necə oxuyacağı haqqında köşələryazır. Bütün bunlar kitab, cəmiyyət naminə deyil, sırf özünə yuxarıda yertapmaq istəyindən başqa şey deyildir. Bu insanlar aldıqları kitabların onlarınimzasına xeyir gətirməsi üçün çalışdığı vaxt qədər heç o kitabı oxumağa sərfetmir.

Çox yazıçı"oxucu yoxdur” kimi fikirlərə, mülahizələrə öz yaradıcılığından daha çox vaxt sərfedir. Enerjisini belə yoxluğa yönəldən yazıçı sonda özü yoxluğa yuvarlanır.

Tez-tez rast gəlirəm.Hər kəs metroda, avtobusda kitab oxduğunu qeyd edir. Və kitab oxuyarkəninsanların onlara qəribə yadelli kimi baxmasından bəhs edir. Hətta 5 dəqiqəkitab oxuduqlarına görə, insanların baxışlarından saatlarla materialhazırlayırlar. Dəfələrlə bunu yoxlamaq istədim amma deyilən olmadı. Çünki kitaboxuyarkən sənin insanların nə etməsindən, anbaan haralara baxdığından nə xəbərinola bilərki? Demək ki, sən kitab oxuyarkən başqaları sənə deyil, sən insanlarıizləməklə onlara narahatçılıq yaradırsan. Bunun özü də məhz təhtəlşüur özünü cəmiyyətdənyüksək görmək, "bu cəmiyyət mənə uyğun deyil” fikrini yeritmək və ya ən azındandaxildəki boşluqdan xilas olmaq cəhdidir.

Ümumiyyətlə,bizdə hələ də təqdimat, kitab müzakirəsinin və imza gününün nə olduğunu bilmirlər,ya da bir-biriylə qarışdıırlar. Daha çoxsa üçünün birində keçirildiyi "maccofe”kitab günlərinin şahidi oluruq.

Cəmiyyətimizi bəzi"mental” dəyərlər geri saldığı kimi daha çox sovet ənənəsinin duyulduğu bugünkükitab günləri bizi irəli yox, geri salıraq dünya ədəbiyyatının uğurlarından məhrumedir.


TƏQVİM / ARXİV