adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Mart 2020 00:07
30405
İQTİSADİYYAT
A- A+

"Brent" markalı neftin qiyməti 29 dollardan aşağı düşüb

Martın 17-də dünya neft qiymətləri 3-4%-a qədər ucuzlaşıb.

Trend-in məlumatına görə, "Brent" markalı neftin qiyməti 20 yanvar 2016-cı ildən bəri ilk dəfə bir barel üçün 29 dollardan aşağı düşdü.

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,76% azalaraq 28,92 dollar/barelə qədər enib. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 3,1% azalaraq 28,1 dollar/barelə qədər enib.