adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Mart 2020 23:02
13903
MƏMLƏKƏT
A- A+

Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən Adalet.az-a verilən məlumata görə, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.

İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.