adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Mart 2020 22:00
25070
ELM VƏ TƏHSİL
A- A+

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

UNEC-də distant tədrisin mövcud vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzindədir.

Universitetdən Adalet.az-a bildirilib ki, martın 12-dən başlanılan distant dərslər tədris ilinin əvvəlində təsdiqlənmiş təqvim planına uyğun olaraq aparılır. UNEC-də distant dərslərin uğurlu tədrisini nəzərə alaraq, Yekun Dövlət Attestasiyasının və magistrantların dissertasiya müdafiəsinin distant aparılmasının mümkünlüyü vurğulanıb.

Təhsil alanların biliyinin distant qiymətləndirilməsi üçün UNEC Eksterndə beynəlxalq standartların bütün tələblərinə cavab verən infrastrukturun və texniki imkanların mövcud olduğu bildirilib. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə məsləhət saatları təşkil olunmaqla imtahanların distant keçirilə biləcəyi qeyd olunub.