adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2020 21:19
22580
İDMAN
A- A+

Yaponiya Futbol Federasiyasının prezidenti də koronavirusa yoluxdu

Koronavirusa yoluxan məşhurlar və ictimai xadimlər sırasına indi də Yaponiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Yaponiya Futbol Federasiyasının prezidenti Kozo Taşima qoşulub.

Bu barədə xəbəri Yaponiya Futbol Federasiyası yayıb.

Xəbədə deyilir ki, K.Taşima ötən aydan başlayaraq bir sıraölkələrə səfər edib. Şimali İrlandiyanın Belfast şəhərində Beynəlxalq Futbol Assosiasiyası İdarə Heyətinin illik yığıncağında, Amsterdam şəhərində Yaponiyanın 2023 Qadınların Dünya Kubokuna ev sahibliyi etmək təklifi ilə əlaqədar təqdimatda iştirak edən federasiya prezidentinin bu tədbirlərin birində virusa yoluxduğu ehtimal edilir.