adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Mart 2020 17:42
8116
GÜNDƏM
A- A+

Bakıda taksilər bu cür dezinfeksiya olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur.

Bu barədə Adalet.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib.

Onun sözlərinə görə, taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır:

"Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya edilir. Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar".

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus "COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davamlı şəkildə bütün qurumlarında həyata keçirilməsi üçün gündəlik nəzarəti həyata keçirir, müvafiq tapşırıqlar verilir.