adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2020 17:20
7015
HADİSƏ
A- A+

Salyan sakini Bakıda ürəyindən bıçaqlandı

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1977-ci il təvəllüdlü Zaur Əsədov küçədə Salyan rayon sakini, 1969-cu il təvəllüdlü Mehman Xudiyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Z.Əsədov M.Xudiyevi sol döş qəfəsindən bıçaqlayaraq qaçıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Əsədov saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.