adalet.az header logo
  • Bakı 18°C
17 Mart 2020 16:31
16930
MƏMLƏKƏT
A- A+

Neftçalada şəhid ailələri və müharibə əlillərinə ev verilib

Neftçala rayonunda ilaxır çərşənbə münasibəti ilə şəhid ailələri və müharibə əlillərinə ev verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və qayğısı nəticəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan 10 ev vətəndaşların istifadəsinə verilib.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov tədbirdə iştirak edib, şəhid ailələri və müharibə əlillərinə evlərin açarlarını təqdim edərək bayram münasibətilə onları təbrik edib.