Gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər - Milli Məclis təsdiq etdi
Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.
Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.
Hüquqi şəxslər 2000 manatdan 5000 manatdək cərimə ediləcəklər.
Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06