nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: APTEKLƏRDƏ MASKA VƏ SPİRT QƏHƏTƏ ÇIXIB Adalet.az | Faiq QİSMƏTOĞLU: APTEKLƏRDƏ MASKA VƏ SPİRT QƏHƏTƏ ÇIXIB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: APTEKLƏRDƏ MASKA VƏ SPİRT QƏHƏTƏ ÇIXIB

8261    |   2020-03-18 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu koronavirus ki, var ha, (heç dilim də dönmür, yaxşı da deyə bilmirəm – F.Q.) deyəsən köpəkoğlu bir şeymiş. Onun sir-sifətindən (əgər sir-sifəti varsa) zəhər-zəhrimar tökülür. Çində öləzidiyi halda, Avropada tüğyan eləyir. Dünyaya meydan oxuyan İtaliya, Fransa, Almaniya, İngiltərə, nə bilim tay nəmənə ölkələr bunu öhdəsindən gələ bilmir. Bilmirik, bu zad Allahın bəlasıdı, yoxsa Amerikanın oyunu!

Bilib-bilməməyimizdən asılı olmayaraq, nəmənə şeydisə, çox vahiməli bir bəladı. Ancaq bir şey də var da, insanı ağlı, gücü, iradəsi və gücü qarşısında nəinki koronavirus, hətta təbiətin ən böyük təhlükəsi belə zaman gələndə ram edilir.

Bizim məmləkətimizdə də ötən yazımızda da qeyd etdiyimiz kimi, bu zad insanlar arasında müəyyən qorxu yaradıb. Ancaq çox sağ olsun hökumətimizi ki, bu qorxu hovunu aradan götürüb və qabaqlayıcı tədbirləri həyata keçirib. Artıq orta və ali təhsil müəssisələri martın 3-dən bağlanıb, yas və toy mərasimləri qadağan edilib, restoranlarda və yeməkxanalarda axşam saat 9-dan sonra müştərilərə heç bir xidmət göstərilmir.

Üstəlik də əksər yaşayış binaları, sosial və ictimai iaşə obyektləri, ticarət mərkəzləri, metro stansiyaları və avtobuslar dezinfeksiya edilib və edilir. Bütün bunlar onu deməyə əsas verir ki, mövcud təhlükəni aradan qaldırmaq üçün ölkəmizdə çox ciddi addımlar atılır. Deməli, hər bir sakin, hər bir vətəndaş bu məsələyə heç də barmaqarası yanaşmamalıdır. Ən azından ona görə ki, koronovirusdan heç kəs sığortalanmayıb.

Beş-on gün bundan əvvələ nisbətən bu gün Bakı şəhərində ictimai nəqliyyatda – avtobus və metro stansiyalarında maskalardan istifadə edən sərnişinlər daha çoxalıb. Elə bunun özü də bu virusdan qorunmağın ən yaxşı yoludu. Hərçənd ki, həkimlər maskalarla bağlı birmənalı fikirlər səsləndirmirlər. Bəziləri deyir ki, camaatın əksəriyyətinin istifadə etdiyi maskalardan koronavirus başqalarına keçə bilər. Guya bu maskaları uzaqbaşı 2 saatdan artıq istifadə eləmək mümkün deyil. Gərək 2 saatdan bir maskanı dəyişəsən.

Bir başqaları da deyir ki, o maskanı sağlam adamlar yox, xəstə insanlar taxmalıdılar. Üstəlik də, maskalar nazikdi və ondan virus asqırıb-öskürərkən başqasına asanlıqla keçər. Hətta bəziləri məsləhət verirlər ki, maskaların arasına spirtlənmiş tənzif qoymaq lazımdır ki, o, xəstələri virusdan daha yaxşı qorusun.

Hər halda, bu xəstəliyə qarşı ən yaxşı mübarizə yolunu səhiyyə işçiləri deyə bilərlər. Onlar da davamlı olaraq əhalini maarifləndirir. Bakı şəhərində maskadan və spirtdən həddindən artıq istifadə edilməsi bu sahədə bir qıtlıq yaradıb. Məsələn, dünən Yeni Günəşlidə neçə aptekə baş çəkdik, dedilər ki, nə maska var, nə də spirt. Görünür, əhali arasında koronavirusla bağlı şayələrin yayılması özü də bu sahədə müəyyən problemlər yaradıb.

Bununla yanaşı, bir çox apteklər vəziyyətdən istifadə edərək süni bahalaşma yaradır və maskanı, 96 faiz spirti baha qiymətə camaata satır. Bu isə yolverilməzdir. Millətin çətin vəziyyətində bəzi işbazlar maskadan və spirtdən pul qazanmağa can atırlar. Hansı ki, ölkəmizdə səhiyyə sistemində və apteklərdə kifayət qədər maskalar və spirtlər var.

Bəziləri bildirirlər ki, koronavirusdan qorunmağın bir neçə yolu var: sarımsaq və soğan yemək, limondan istifadə etmək, imkan daxilində baldan da yararlanmaq lazımdı. Çünki bunlar immuniteti gücləndirir. Bir çoxları deyir ki, bu virusa qarşı sarımsaqdan daha çox istifadə edilməlidir. Amma həkimlərin bildirdiyinə görə, virusa yoluxanlar sarımsaq yesələr də, yenə virusa yoluxub xəstələniblər. Həkimlər birmənalı olaraq bildirirlər ki, bu virusdan qorunmağın yeganə yolu gigiyenik qaydalara əməl etməkdir. Yəni əllərin tez-tez sabunla yuyulması və dezinfeksiya edilməsidir.

Görünür, bu koronavirus var ki, xəmir su apardığı kimi, bu da hələ çox baş ağrıdacaq. Yazımızın əvvəlində qeyd etdik ki, hər şey insan iradəsi və ağlı qarşısında ram edilir. Şübhəsiz ki, bu koronavirus da gec-tez Allahın köməkliyi ilə rədd olub çıxıb gedəcək öz işinin dalınca. Sadəcə olaraq, insanlar ictimai yerlərdə, insanların kütləvi toplaşdığı məkanlarda az olmalı, gigiyenik və sanitar qaydalara əməl etməlidilər. Ən azından asqıranda və öskürəndə dəsmalla ağızlarını tutmalıdılar ki, başqlarına virus keçib eləməsin. Allah bizi bu bəladan tezliklə xilas eləsin!




İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ

Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir - VİDEO

Azərbaycanda bu internet-klub karantin tələblərini pozub - VİDEO

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

Prezident: “Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına”

Küçəyə çıxan 65 yaşlı insanların yaşadıqları ünvana qaytarılması təmin edilir

Elçin Quliyev “Samur” dövlət sərhədində karantin tədbirlərinin təşkili vəziyyətini yoxlayıb

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Koronavirusla mübarizə çərçivəsində “Online hüquqi məsləhət” layihəsinə başlandı

Azərbaycanda hərəkət məhdudiyyətləri tətbiq edilir

Operativ Qərargahın növbəti iclası keçirilib

Beynəlxalq Muğam Mərkəzi yeni onlayn layihələrə start verir

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

Məcburi köçkünlər üçün inşa ediləcək mənzillərin sayı açıqlanıb

Neftçalanın icra başçısı MirHəsən Seyidov Aprel şəhidlərinin məzarını ziyarət edib

DİQQƏT! Sürücülər, sizin üçünr

Azərbaycanda qanunsuz dini təbliğat aparan 12 nəfər inzibati qaydada həbs edilib

Bu ölkənin prezidenti hərbçilərə göstəriş verdi: “Karantinə əməl etməyənləri güllələyin” - VİDEO

Yaqut Qarayeva: Bir xəstənin keçdiyi yerdən onlarla insanın yoluxduğu aşkarlanıb

DİN: Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib

SON XƏBƏRLƏR
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK