adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Mart 2020 06:44
52051
ŞOU-BİZNES
A- A+

Koronavirusun cənginə düşən məşhurlar - Payıza qədər...

Koronavirus epidemiyası durmadan yayılmaqda, insanların həyatını təhdid etməkdədir. Qorxulu olan budur ki, hər cür maddi imkanla təmin olmuş insanlar bu xəstəliyin cənginə düşüblərsə, demək, olanlar yaxın gələcək üçün yaxşı heç nə vəd etmir.

Adalet.az xəbər verir ki, korona virus epidemiyasına yoluxanların bir çoxu dünya çapında tanınan insanlardı. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq.

Məsələn, məşhur Hollivud aktyou Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxduğunu öz sosial şəbəkə hesabında bildirib.

"Biz özümüzü yorğun və xəstələnmiş hiss etdik. Bədəndə də ağrılar başlamışdı. Ritanı əsməcə tuturdu.

Bizi yoxladılar və koronavirusa yoluxduğumuzu müəyyən etdilər”, - deyə T.Henks əlavə edib.

"Taxt-tac oyunları” serialında Tormund rolu ilə yadda qalan aktyor Kristofer Hivyu da koronavirusa yoluxub. Aktyor hal-hazırda Norveçdə karantində olduğunu bildirib. "Mənim təhlillərim müsbət çıxdı. Ailəmlə birgə təcrid olunmuşuq. Səhhətimiz yaxşıdır”, - deyə K.Hivyu qeyd edib.

Koronavirus britaniyalı məşhur aktyor İdris Elbadan da yan keçməyib.

Aktyor bu barədə "Twitter” hesabında məlumat verib.


İdris virus testinin nəticələrini ötən gün səhər saatlarında aldığını bildirib:

"Özümü yaxşı hiss edirəm. Hələ ki, heç bir simptom yoxdur. Hazırda karantindəyəm”.

O, hər kəsi baş verənlərdən xəbərdar edəcəyini vəd edib və sevənlərindən çaxnaşma yaratmamasını xahiş edib.

Qeyd edək ki, 47 yaşlı İdris "Böyük oyun", "Prometey", "Tor" kimi filmlərlə məşhurlaşıb.

Amerikalı müğənni Ledi Qaqa dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə özünü karantinə alıb.

Ekstravaqant ifaçı bu barədə sosial şəbəkədə paylaşım edərək, izləyicilərinə də eyni şeyi məsləhət görüb.Virusla bağlı həkimlər və alimlərdən məsləhət alan Qaqa hər kəsə karantinə getməyi, infeksiyanın ilk simptomlarını gözləməməyi tövsiyyə edib:

"Bizim hazırda edə biləcəyimiz ən faydalı şey, özümüzü karantinə almaq və 65 yaşdan yuxarı insanlarla görüşməməkdir”.



Müğənni öz doğmaları ilə görüşmək istədiyini, lakin onların təhlükəsizliyi naminə bunu etməyəcəyini bildirib. Qaqa karantin müddətini itləri ilə birlikdə keçirdiyini qeyd edib.

Yeri gəlmişkən, tanınmış ekstrasens Zirəddin Rzayev dünyanı cənginə alan koronavirusla bağlı danışıb. Deyib ki, bu virusla bağlı 2017-ci ildə rus mətbuatına proqnoz vermişdim və virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdim:” Payız vaxtlarında dəhşətli virusun dünyanı bürüyəcəyini, insanların kütləvi şəkildə həlak olacağını, maskada gəzəcəklərini təsvir etmişdim. İllər ötdükcə bəzi viruslar onsuz da ortalığa çıxır, lakin bu formada olacağı düşünülmürdü. Mən bunu və onun əhatə dairəsini qabaqcadan bildirmişdim. Yayın axırlarında bu virus tam zərərsizləşdiriləcək. Ola bilsin, koronavirus bir-iki həftə sonra bitsin, amma yayın axırlarına ondan bir əlamət qalmayacağını görürəm.

Payıza qədər … kim ölə, kim qala…

Əntiqə Rəşid