adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Mart 2020 12:20
25853
SİYASƏT
A- A+

“Koronavirusla bağlı çox ciddi işlər görülür” - Sahibə Qafarova

"Koronavirusla bağlı bir çox dünya ölkələri vətəndaşlarının sağlamlığını qorumaq üçün tədbirlər görür. Azərbaycan hökuməti tərəfindən də çox ciddi işlər görülür”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Azərbaycanda bu barədə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.