adalet.az header logo
  • Bakı 7°C
17 Mart 2020 11:34
30445
İQTİSADİYYAT
A- A+

Azərbaycan nefti kəskin ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 29,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,77 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 27,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,42 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 27,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,9 dollar/barel azdır.