adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2020 10:00
28492
ŞOU-BİZNES
A- A+

Rəqqasə Oksana evlilikdən danışdı: ”Dəyərmi bu qədər fədakarlığa...?”

Bəzi sevgilər, ailəliklər var ki, nə tərəflər arasında , nə də ictimaiyyətdə unudulur. Reper Elşad Xose və aktrisa-rəqqasə Oksana Rəsulova belə sevgilərə, ailəliklərə misaldı. Onların evlənməsi də, ayrılması da ictimaiyyətdə geniş rezonans doğuran hadisələrdən biri olub. Hətta onların dava-şavası da fanatlarının gözündən yayınmayıb. Bildiyiniz kimi, reper 2-3 əvvəl Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı.

Buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti oldu. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirdi.

Maraqlıdır ki, belə bir insidentin olmasına baxmayaraq,

mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta ötən il reper "Maşın" realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.

Rəqqasə Oksana Rəsulova "Xəzər Tv" də yayımlanan "Şən bazar" verilişində qonaq olub.

Adalet.az xəbər verir ki, veriliş zamanı aparıcı Zümrüd Bədəlova rəqqasəyə "ailə qurduqdan sonra insan yaradıcılıqdan uzaqlaşırmı?" sualını ünvanlayıb.

Oksana cavabında bildirib ki, ailə qurmaq sənət insanına çox təsir edir:



"Məndə elə bir dönəm oldu. Ümumiyyətlə deyirdim ki, bu sənət mənə lazım deyil. Ancaq ailəm olsun. Mən özümü hər şeyə qurban vermişdim. Hətta dostlarıma, ətrafıma qədər hər şeyi qurban verdim ki, təki o istəyən kimi olsun. Ən pisi isə o bunu istəmirdi, mən istəyirdim ki, belə olsun. Fikirləşirdim ki, fədakarlıq məndən olsun. Amma bir müddət keçəndən sonra insan layiq olduğu dəyəri görməyəndə öz-özün danlayır. Özündən soruşursan ki, "dəyərmi bu qədər fədakarlığa?" Təbii ki, dəyənlər də olur. Amma çox az insan olur. Mən belə şeylərə çox pis oluram. Ortada uşaq olarsa, ümumiyyətlə çətindir".

Qeyd edək ki, Oksana müsahibələrinin birində belə bir açıqlama vermişdi:” Çox qadın var ki, onların ərləri, uşaqları var, amma xoşbəxt deyillər. Onlar hər şeyə dözürlər ki, ailələrini dağıtmasınlar. Bu qadınlar öz ərlərindən nə zamansa arzuladıqları sevgini görmürlər. Elə ailələrə baxanda düşünürəm ki, ondansa mənim kimi tək olmaq yaxşıdır. Mən tənhayam, amma sevgim həmişə mənimlədir. Mən doğmalarımı sevirəm.

Əntiqə Rəşid