adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Mart 2020 23:29
6779
GÜNDƏM
A- A+

Misirdəki Azərbaycan səfirliyində "qaynar xətt" yaradıldı

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün "qaynar xətt” yaradıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan "qaynar xətt” ( +20 1029490486) yaradılıb.

Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.