adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Mart 2020 22:00
15098
DÜNYA
A- A+

Koronavirus Afrikaya yayılır

Benində yeni növ koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə martın 16-da Benin hökumətinin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatda bildirilib.

Koronavirusa yoluxmuş şəxsin Belçikadan Beninə gəlmiş 49 yaşlı Burkina Faso vətəndaşı olduğu qeyd edilib.

Sözügedən şəxs fevralın 21-də Belçikaya gedib, martın 12-də isə Beninə uçub.

Hazırda xəstənin vəziyyətinin sabitdir. Onun müalicəsi davam edir.