adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Mart 2020 19:42
10374
MƏMLƏKƏT
A- A+

BŞTİ vətəndaş qəbulunu müvəqqəti dayandırdı

Bakı şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.