adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Mart 2020 19:33
9669
HADİSƏ
A- A+

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində çoxmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, şəhərin doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və eyvanın yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.