adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Mart 2020 17:31
9461
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev İrlandiyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram".