adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Mart 2020 16:35
9711
GÜNDƏM
A- A+

Rusiya və Ermənistan arasında sərnişin daşımaları məhdudlaşdırılır

Rusiya və Ermənistan arasında sərnişin daşımaları iki həftə müddətinə məhdudlaşdırılacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə qərar hər iki ölkənin baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında telefon danışığı zamanı qəbul edilib.

Qeyd olunur ki, qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Bu qərar yük daşımalarına şamil olunmayacaq.

Qeyd edək ki, Rusiyada koronavirusa 63 nəfər, Ermənistanda isə 30 nəfər yoluxub.

Ermənistanda bir ay müddətinə fövqəladə vəziyyət elan edilib.