adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Mart 2020 15:49
16985
DÜNYA
A- A+

Ermənistanda 1 aylıq fövqəladə vəziyyət elan olundu

Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub.

Adalet.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.

Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı sahat 09:00-dək davam edəcək.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb.