adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2020 15:43
67583
MƏDƏNİYYƏT
A- A+

Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov vəfat edib.

Bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

"Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.