“İrəli” İB “TətildəOxu” kampaniyasına və onlayn info-sessiyaya start verir
"İrəli” İctimai Birliyi COVID19 pandemiyasının sürətli şəkildə yayılması və təhsil müəssisələrinin fəaliyyətinin bir müddətlik dayandırılması, bayram tətilinin başlamasını nəzərə alaraq "TətildəOxu” kampaniyasına start verir.
Birliyin əsas məqsədi gənclər arasında mütaliəni artırmaq, asudə vaxtlarını səmərəli keçirməyə təşfiq etmək və kitab oxumağı vərdişə çevirməkdir.
Kampaniyaya qoşularkən tətil müddətində oxunulan kitabın adı, yazarı və mövzusu ilə bağlı məlumat verərək challange dostlara ötürülür. Bu həştəqlərdən istifadə edərək kampaniyaya dəstək ola bilərsiniz:#TətildəOxu#ireli2020#Azerbaijan.
Qeyd edək ki, "İrəli”
İB hazırda gündəmdə olan və ölkə səviyyəsində
sosial izoliyasiya tədbirlərinin nəticəsi olaraq bir çox tədbirlərin formatını
dəyişərək onlayn şəkildə davam etdirəcək.
İlk onlayn info-sessiya "Sağlam Düşüncə” Gənclər Təşkilatının(SDGT) Beynəlxalq əlaqələr üzrə koordinatoru və
Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda RəsmiMəlumat
Mərkəzinin Koordinatoru Ramiz Əliyev tərəfindən Erasmus+ və European Solidarity
Corps-la bağlı olacaq və bu gün saat 19:00-da Birliyin
Facebook səhifəsində canlı yayım baş tutacaq.
Digər Xəbərlər
28 Mart 2024 15:29