adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Mart 2020 14:22
11963
MƏMLƏKƏT
A- A+

İNSANLARIN ƏSƏBLƏRİ İLƏ OYNAMAYIN

Koronavirus söhbəti hələ indi-indi qızışır. Sosial şəbəkələri və saytları izləyəndə adama elə gəlir ki, hamımız qırılacağıq. Halbuki dövlətin qabaqlayıcı tədbirləri nəticəsində hələ ki, Azərbaycanda bu xəstəliklə bağlı ölən olmayıb.

İndi də bir söhbət çıxarıblar ki, nə bilim 400 milyard çəyirtkə Azərbaycana hücum edəcək. Bunu kim sayıb, necə sayıb?

Dövlət bu xəbərləri yayanları tapmalı və məsuliyyətə cəlb etməlidir ki, hansı əsasla, faktla belə məlumatları yayırsınız?

Hələ NASA da deyir ki, yerə bir meteroit yaxınlaşır, bir-iki aya gəlib çatacaq və bununla da dünyanın sonu olacaq.

Qısası, insanlarda vahimə, xof hissi aşılayırlar.

Əvvəla, Allah bu dünyanı tənzimləyir və Allah heç vaxt özünün ən gözəl yaradıcısı olduğu yaşadığımız Yer kürəsini məhv olmağa qoymaz. Nə hansısa ABŞ-ın hazırladığı viruslarla, nə də özünün tənzimlədiyi göy cisimləri ilə.

Bir az ağıllı və təmkinli olun.