adalet.az header logo
  • Bakı 20°C
19 Mart 2020 09:37
46033
GÜNDƏM
A- A+

MÜBARİZ MƏNSİMOV FƏTÖ-çuymuş. İNANIRSINIZMI?!

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovu həbs ediblər. Səbəb də, əsas onu göstəriblər ki, FƏTÖ-çuymuş. Təbii ki, bu Türkiyənin daxili işidi, araşdırarlar, nəyin nə olduğunu, siyasi sifariş deyilsə, taparlar.

Hazırda qardaş ölkədə qatı FƏTÖ əleyhdarları da, vaxtilə FƏTÖ-nun əleyhinə yazan jurnalistlər də FƏTÖ-çu adı ilə tutulur. Bu, bizim problem deyil. Özləri bilər, kimisə FƏTÖ-çu adı ilə həbs edə bilərlər, kimisə də hətta FƏTÖ ilə şəkli olmasına baxmayaraq, vəzifəyə gətirə də bilərlər.

Mübariz Mənsimovu hamı ağıllı adam kimi tanıyır.

Mindən çox tələbənin təhsil haqqını ödəyən, yüzlərlə xəstəni şəxsi vəsaiti hesabına müalicə elətdirən, dənizə buraxdıqları gəmiləri Azərbaycanın görkəmli adamlarının adı ilə adlandıran, minlərlə azərbaycanlını işlə təmin edən, hətta ən ulu babası erməni olanı işə götürməyən bu adamda bir balaca ağıl olsaydı, o təhsilini ödədiyi min tələbəyə xərclədiyi pulun yarısını lazımi yerlərə çatdırsaydı indi bu günə düşməzdi.

Bir azərbaycanlı iş adamının həbs olunmasına sevinən azərbaycanlıları başa düşmək olmur. Nə isə…