adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Mart 2020 09:26
29933
GÜNDƏM
A- A+

DEYİRƏM BƏLKƏ BİR DƏFƏ DƏ ATƏŞKƏSİ BİZ POZAQ?!

Deməli, hər gün oxuyuruq ki, ermənilər həm cəbhə bölgəsində, həm də sərhəddə atəşkəsi pozurlar. Və nəticədə həm əsgərlərimiz şəhid olur, həm də dinc sakinlərimiz.

Əvvəllər gündə 120,130, 140 dəfə pozardılar, indi bu rəqəm yenib 27,30, 35-ə. Görünür, əlləri aşağı düşüb.

Hərdən yox, elə tez-tez fikirləşirəm ki, bəlkə biz də hər gün olmasa da, heç olmasa həftədə bir-iki dəfə atəşkəsi pozaq?! Erməni snayperləri işləyirlər və bizdə olan rəsmi məlumata görə, bizim snayperlər onlardan güclüdü. Bəlkə, biz də snayperlərimizi tez-tez işə salaq?

Möhtərəm Prezident öz çıxışlarında vurğulayıb ki, Ermənistan əsgərlərinin Qarabağda nə işi var ki, onlar da öldürülsünlər.

Mənim «Qar üstündə qan çiçəyi» adlı bir povestim var, onun əsasında da kinossenari yazmışam, adını da «Sonuncu post» qoymuşam. Orda çox maraqlı bir detal var.

Onu sabah oxuyarsınız.