adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2020 14:08
20209
ŞOU-BİZNES
A- A+

Kinsinin çılpaq etirazı: "Meşəyə gedəcəm...”

Yəqin ki, unutmamısınız! "Tottenhem"lə "Liverpul" arasında keçirilən Çempionlar Liqasının final oyununda alt paltarında anidən yarışın keçirildiyi əraziyə daxil olan Kinsi Volanskini! Bu hərəkəti ilə bir müddət gündəmdə qaldı.

Kinsi bundan xeyli yararlandı deyə, sonra helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobe Bryanta həsr olunmuş "RIP LEGEND KOBE" yazılan pankart açdı.

Soyunub etiraz bildirməkdə xüsusi təcrübəsi olan KinsiVolanski "İnstagram” hesabında paylaşım edən amerikalı model koronavirusdan qorunmaq üçün qərar verdiyini deyib.


Bikinidə foto paylaşan model meşədə Tarzan kimi yaşayacağını bildirib.

Onun bu paylaşımı izləyicilərinin marağına səbəb olub.

Qeyd edək ki, model hansı meşədə yaşayacağını açıqlamayıb.

Əntiqə Rəşid