adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Mart 2020 13:00
8584
GÜNDƏM
A- A+

Mübariz Mənsimovun meneceri də tutuldu

Türkiyədə "FETÖ terror təşkilatı” istintaqı çərçivəsində "Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcihan Peker də saxlanılıb.

Bu barədə "Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıq İstintaq İdarəsinin şübhəlilər barədə şikayətləri əsasında Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılıb. Nəticədə, Türkiyə Cinayət Məcəlləsinin "silahlı terror təşkilatına üzvlük” ittihamı ilə istintaq başlanıb.

Mübariz Mənsimovun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinin mövcudluğu haqda faktlartapılıb.

Beləliklə, İstanbul Sülh Cəza Məhkəməsinin qərarı ilə "Palmali” şirkətlər qrupunun rəhbəri və meneceri barədə həbs qərarı verilib.