adalet.az header logo
  • Bakı 19°C
16 Mart 2020 12:21
21585
ŞOU-BİZNES
A- A+

Şou-biznesdə koronavirus qorxusu: gizlin toy, təxirə salınan nişan, klip

Baxmayaraq ki, koronavirus dünyanı alıb ağzına, aləm qarışıb bir-birinə, bu durum hollivud ulduzu Ancelina Colinin heç vecinə də deyil. Beləki, o, gizlincə ərə gedib.

44 yaşlı aktrisanın adı açıqlanmayan britaniyalı milyarderlə ailə həyatı qurduğu deyilir.

Cütlüyün toyu isə Ancelina və Bredin Fransada evləndiyi Miroval qəsridə keçirilib.

Aktrisa özü isə bu barədə açıqlama verməkdən imtina edib.


Adalet.az xəbər verir ki, amma virusun yaşatdığı vahimə müğənni Sevda Yahyayevanın umrundadı. Çünki o, nişan mərasimini təxirə salıb.

Deməli, martın 17-də baş tutması planlaşdırılan məclis aprel ayına uzadılıb.



Sevda dəvət etdiyi qonaqlarla əlaqə saxlayaraq, nişanın reallaşmayacağını bildirib. O,Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, belə bir addım atıb. Qeyd edək ki, sənətçi genetik-laborant Zakir Bayramovla ailə qurmağa hazırlaşır. Gənc aktyor-bloqer Mənsur Şərif bir az qoçaq tərpənib. Evlənib.Tanınmış bloqerin toy mərasimi dünən axşam paytaxt restoranlarının birində baş tutub. Məclisi aktyor Sərxan Kərəmoğlu idarə edib.Qeyd edək ki, Azərbaycanda toy məclislərinin keçirilməsi bu gündən etibarən qadağan olunub. Məşhur bloqer qadağanın son günü fürsəti fötə verməyərək evlənib.



Amma koronavirusla bağlı bir bəd xəbərdə var. "Mərhəmət kvantı” filmində Ceyms Bondun sevgilisi rolunu oynamış ukraynalı və fransalı aktyor Olqa Kurilenko koronavirusa yoluxub. Bu haqda O.Kurilenko öz "İnstagram” səhifəsində paylaşıb."Evdə hamıdan təcrid olunmuş vəziyyətdə otururam. Bir həftədir ki, xəstəyəm. Mənim əsas simptomlarım – temperatur və halsızlıqdır”, - deyə Kurilenko yazıb. Xatırladaq ki, bir neçə gün öncə məşhur aktyor Tom Henksin və həyat yoldaşı Rita Uilsonun da koronavirusa yoluxduğu barədə xəbər yayılmışdı.

Allah Olqaya da şəfa versin, Ledi Qaqaya da, Elzaya da!


İnşallah!Niyə? ARB TV-nin "Hüseynova bacıları” verilişinin növbəti qonağı olan Əməkdar artist Elza Seyidcahan dünya şöhrətli müğənni Ledi Qaqanın ona ayaqqabı göndərdiyini deyib: "Ledi Qaqa ikidənə ayaqqabı alıb, deyib ki, biri də Elzaya. Mən də hərdən elə edirəm. Birayaqqabıdan ikidənə alıram, ona yollayıram. Allah bizi bacı kimi yaradıb. Ledi Qaqa ilə rəfiqəlik edirik”.

Koronavirus demişkən, Ərzurumdan olan Semih İpek koronavirus infeksiyasına mahnı həsr edərək klip çəkdirib.

Klipdə Bakı Atatürk Liseyində Türk dili müəllimi işləyən S.İpek ilə bərabər Azərbaycanda təhsil alan çinli tələbələr də iştirak ediblər.

Mahnının yaradılmasında məqsəd insanlara virusdan qorxmamaq və ona qarşı birlikdə mübarizə aparmaq mesajlarını verməkdir.Klipdə çinli tələbələr "Bəşəriyyət koronanı məğlub edəcək” deyirlər.

Əntiqə Rəşid