adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Qarabağda başlayıb İstanbulda bitən yaşam... – Kaan Tunceri

22101 | 2020-03-18 09:07


Firudin bəy Daryal 1901-ci ildə hal-hazırda erməniişğalı altında olan Laçında doğuldu. Kazanda hərbi təlim alan Firudin bəy1918-də qurulan Azərbaycan Cümhuriyyətinin süvari alayında komandirlik etdi.Qarabaödakı müharibəyə qatılaraq Şuşanın erməni işğalından qurtarılmasındaböyük uğurlar əldə etdi. 28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklərtərəfindən işğal edilməsiylə Şuşa vilayət binasındakı üçrəngli Azərbaycanbayrağını ailəsinə əmanə edərək Gəncə üsyanına qoşulmaq üçün yola çıxdı. Gəncəüsyanının yatırılmasıyla Güney Azərbaycana keçən Firudin bəy Araz çayı boyuncaTürkiyəyə keçmək istəyir. Yanındakı ağır silah olan topları Türkiyəyə keçirməkistəsə də, bacarmır. Firudin bəy topları keçirə bilməsə də, çaxmaqlarını sökübözü ilə götürür. Türkiyə torpaqlarına çatan Firudin bəy və yanındakı əsgərlərƏhməd bəy Ağaoğluyla əlaqə qurur. Əhmədbəy Ağaoğlu da vəziyyəti Atatürkə çatdırır. Atatürkün əmri ilə 1200 adamlıqAzərbaycan süvari və piyada alayı Kazım Qarabəkir Paşanın komandirliyi altındavuruşmaq üçün Şark Ordusuna göndərilir. İçlərində 56 zabit olan Azərbaycanhərbi komandasının Türkiyə ordusu ilə birlikdə hərəkət edəcəyi 8 iyul 1920-ciildə İsmət İnönü tərəfindən TBMM-də elan olunur. Firudin bəy Daryalın kamondariolduğu Azərbaycan birliyi 31 iyul 1920-ci ildə Həsənqalaya çatır. Yanlarındatürk ordusunun ehtiyacı olan toplardançıxardıqları çaxmaqlar da var idi. Firudin bəy 1920-nin payızından 1921-inəvvəllərinə qədər Şərqi Anadoluda böyük qəhrəmanlıqlar göstərir. Sarıqamışın,Qarsın və Gümrünün işğaldan azad olunmasında onun da payı var. Qurtuluşsavaşının zəfərlə nəticələnməsinin ardınca Atatürk tərəfindən İstiqlal medalıilə mükafatlandırılır. Cümhuriyyətin qurulması ilə də İstanbulda hərbitəhsilinə davam edir. Firudin bəy Daryal 1925-ci ilin fevral ayında başlayan "ŞeyxSəid” üsyanının yatırılmasında, 1926-ci ildə I Ağrı, 1927-ci ildə II Ağrı,1930-cu ildə III Ağrı hərəkatında və 1937-ci ildə Seyid Rza tərəfindən başladılanTunceli üsyanının yatırılmasında vəzifələndirilir.

Türk ordusunda polkovnik rütbəsinə qədər yüksələn vəat üstündə bir əfsanəyə çevrilən Azərbaycan türk süvarisi Firudin bəy Daryalı1989-cu ildə İstanbulda vəfat edir. Vəfatından əvvəl yaxınların məzar daşına busözlərin yazılmasını vəsiyyət edir:

"Başın taclı, qızıl taxtlı dahi olsan da, millətin, Vətəninolmadan bədbəxtsən!”


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV