adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2020 11:49
21820
ŞOU-BİZNES
A- A+

Cem Yılmaz Serenayla evlənirmi? – Demet Akalının şərhi

Məşhur komediya ustası, aktyor Cem Yılmazın sevgilisi müğənni Dəfnə Samyelidən ayrılma xəbərləri səngiməmiş yeni xəbərlər meydana gəlib. Dəfnədən ayrılma səbəbi kimi göstərilən Serenay Sarıkaya ilə adı hallanan aktyor yeni müzakirələrə mövzu olub.

Beləki, Cem Yılmaz həmkar sevgilisi Serenay Sarıkaya ilə Levent istiqamətində kafelərdən birindən çıxarkən görüntülənib.

Adalet.az xəbər verir ki, cütlük Demet Akalının bir müddət əvvəl "Cem ilə Serenay evlənərsə, toylarında pulsuz oxuyaram” sözlərinə cavab verib.

Cem "Narahat olmasın, toy tarixini açıqlayacağıq” deyə jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Yılmazla Sarıkayanın yayda toy etmələri barədə şayiələr gəzir. Bu fikri Serenayın anası Ümran Seyhanın Cem Yılmazla tanışıb söhbətləşməsi də təsdiq edir.


Əntiqə RƏŞİD