adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2020 10:25
26920
KRİMİNAL
A- A+

Bakı polisi bir gündə 15 cinayətin üstünü açdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14-15 mart tarixlərində 58 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, onlardan 18-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 15, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 23 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.