adalet.az header logo
  • Bakı 18°C
16 Mart 2020 10:06
7847
SAĞLAMLIQ
A- A+

Dünya üzrə koronavirusla bağlı son göstəricilər - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 16-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Adalet.az-ın məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 157 ölkə/ərazi üzrə 169 610 nəfərdir. Son yoluxma sayı 192 nəfərdir. Onların içərisində 15-i yeni olmaqla 6518 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 77 776 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.