adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2020 01:17
13919
DÜNYA
A- A+

Türkiyədə koronavirusa yoluxanların sayı artıb

Türkiyədə COVİD-19 koronavirusuna yoluxanların sayı 18 nəfərə çatıb.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, yoluxanlardan ikisi ölkədə ilk koronavirusa yoluxan şəxslə ünsiyyətdə olan insanlardır: "Yeni yoluxma hallarından 7-si Avropadan gələn vətəndaşlarımızda, 3-ü isə ABŞ-dan gələn vətəndaşlarımızda qeydə alınıb".

Xatırladaq ki, Türkiyədə daha əvvəl 6 nəfərin COVİD-19 koronavirusuna yoluxduğu bildirilirdi.