adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2020 21:21
9776
GÜNDƏM
A- A+

Bakıdan həyata keçirilən bəzi uçuşlar dayandırıldı - Operativ Qərargah

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları" və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib:

- 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

- 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

- 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

- 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

- 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.