adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Mart 2020 20:00
8993
GÜNDƏM
A- A+

Gürcüstandakı səfirliyimiz Avropadan gələn vətəndaşlarımızın təxliyəsinə kömək edir

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımi kömək göstərir.

Trend-in məlumatına görə, Avropa ölkələrindən qayıdan Azərbaycan vətəndaşları səfirliyin təşkilatçılığı və Gürcüstan polisinin müşayiəti ilə Türkiyə-Gürcüstan sərhədindəki "Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə daşınırlar.

Artıq 30-dan çox vətəndaşımız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib. Proses davam edir.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda 14-28 günlük karantin rejimində saxlanılacaqlar.