adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Mart 2020 14:28
17762
DÜNYA
A- A+

Türkiyə Ümrədən qayıdan zəvvarları karantinə alır

Ümrə ziyarətindən qayıdan Türkiyə vətəndaşlarının koronavirus (COVID-19) infeksiyası riskinə görə karantinə alınmasına başlanılıb.

Trend-in məlumatına görə, Ankara və Konyada bəzi tələbə yataqxanaları bu məqsəd üçün hazır vəziyyətə gətirilib.

Hökumətin qərarına əsasən, zəvvarlar 14 gün karantin şəraitində saxlanılacaqlar.

Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, ziyarətdən dönən zəvvarların birində sözügedən infeksiya aşkarlanıb.

Məkkədən Ümrə ziyarətindən qayıdandan sonra Türkiyəyə qayıdan vətəndaşları 14 günlük karantin qaydasına riayət etməyə çağırıb.