adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Mart 2020 13:23
17235
DÜNYA
A- A+

İran-İraq sərhədləri bağlı qaldı

Yeni koronavirusla əlaqədar İran-İraq sərhədləri naməlum müddətə bağlı qalacaq.

Trend-in məlumatına görə, bu, İranın Gömrük Administrasiyasının məlumatında öz əksini tapıb.

Məlumata əsasən, İraqın Sərhəd Gömrükləri İdarəsi 8 martdan 15 martadək İranla sərhədlərin dezinfeksiya tədbirləri və səhiyyə avadanlıqlarının artırılması ilə əlaqədar bağlı olacağını elan etmişdi.

Məlumatda bildirilir ki, qeyd olunan müddətin sona çatması ilə İraq tərəfi sərhəd gömrüklərinin yenidən bağlı qalacağını elan edib.

Məlumatda qeyd olunur ki, İranın İraqla Xosrəvi, Sumar, Mehran, Çəzzabə və Şələmçə gömrük sərhədləri həm piyadalar, həm də ticarət üçün bağlı olacaq.

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib.