adalet.az header logo
  • Bakı 16°C
15 Mart 2020 10:17
10702
GÜNDƏM
A- A+

ABŞ-dakı səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə Adalet.az-a səfirlikdən məlumat verilib.

Məlumatda deyilir: "ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur".