adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Mart 2020 09:30
16934
DÜNYA
A- A+

İspaniyanın Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxub

İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes yeni növ koronavirusa yoluxub.

Bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verib.

"Son saatlarda Monkloa Sarayında Baş nazirə yaxın olan insanlardan götürülmüş analizlər onun xanımı Beqonya Qomesdə müsbət nəticə verib. Həm xanım Qomes, həm də Baş nazir Pedro Sançeslə hər şey qaydasındadır. Hər ikisi Monkloa sarayında qalmaqda davam edir və daim səhiyyə orqanları tərəfindən müəyyən edilmiş profilaktik tədbirlərə əməl edirlər", - məlumatda deyilir.