adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Mart 2020 09:17
15908
DÜNYA
A- A+

Yunanıstanda ictimai çimərliklər və dağ-xizək mərkəzləri bağlanır

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə dağ-xizək mərkəzlərini və ictimai çimərliklərini bağlamaq göstərişini verib.

Trend-in məlumatına görə, Baş nazir "Twitter" səhifəsində yazıb: "Sabahdan bütün ictimai çimərlikləri və dağ-xizək kurortlarını bağlamağa göstəriş vermişəm. Vəziyyət ciddidir və məsuliyyət tələb edir. Gəlin hamımız yaranan şəraitə uyğun hərəkət edək". Çimərlik mövsümü may ayında başlasa da, dənizkənarı barlar, kafelər, restoranlar və digər infrastrukturlar il boyu yüz minlərlə qonaq qəbul edir.

Yunanıstan hökuməti ölkədə virusun yayılmasının qarşısını almaq üçün tədbirləri gücləndirib. 15 günlük uşaq meydançaları, idman zalları, kinoteatrlar, teatrlar, kitabxanalar, konsert zalları və əyləncə mərkəzləri bağlanıb.

Yunanıstan Səhiyyə Nazirliyinin son məlumatında ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının 228, ölənlərin sayının isə 3 olduğu bildirilir.