adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Mart 2020 00:22
15255
HADİSƏ
A- A+

Ağstafada evdən “Kalaşnikov” silahı və patronları aşkarlanıb

Ağstafa sakinin evindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 2 ədəd torbanın içərisində qablaşdırılmış 1 ədəd "Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibirli avtomat silahına aid patronlar, üzərində "KOMAR 2M” yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.